"Ümid edirik ki, onu heyətimizə qata biləcəyik" - "Neftçi" rəsmisi

"Ümid edirik ki, onu heyətimizə qata biləcəyik" - "Neftçi" rəsmisi

"Azər Əliev "Neftçi"nin ötən ilin yayından transfer etmək istədiyi futbolçudur. Yayda alınmadı, ancaq bu qış danışıqlar daha intensiv şəkildə davam etdirilir".

Bunu Fanat.Az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi Rusiyanın Premyer Liqa təmsilçilərindən olan "Ufa"nın azərbaycanlı yarımmüdafiəçisinin Bakı klubuna keçidinin baş tutmaq üzrə olduğunu bildirib:

"Bəli, Azərlə danışıq aparılır. Müqavilənin detalları razılaşdırılmasa belə, proses müsbət yöndə inkişaf edir. O, hazırda Bakıda deyil. Ümid edirik ki, bu futbolçunu heyətimizə qata biləcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər