İspaniya La Liqasının 27-ci turu çərçivəsində hazırda davam edən "Barselona" - "Hueska" matçı Kataloniya təmsilçisinin superulduzu Lionel Messi üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, start heyətdə meydana çıxan 33 yaşlı argentinalı futbolçu "Barsa" formasıyla 767-ci rəsmi oyununa çıxaraq hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavinin rekordunu təkrarlayıb.
Messi bu oyunadək bütün turnirlər çərçivəsində çıxdığı 767 qarşılaşmada 262 qol vurub.
Qeyd edək ki, İspaniya Primyerasının bombardirlər cədvəlinə 19 qolla məhz Lionel başçılıq edir.