Messi Ronaldunun rekordunu təkrarladı

Messi Ronaldunun rekordunu təkrarladı

MLS təmsilçisi "İnter Mayami"nin superulduzu Lionel Messi Argentina millisinin Anqolaya qarşı keçirdiyi son yoldaşlıq oyununda yığma forması ilə növbəti qolunu vurub.

Fanat.Az xəbər verir ki, 38 yaşlı hücumçu matçın 82-ci dəqiqəsində "tanqoçular"ın ikinci qoluna imza atıb.

Beləliklə, Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə ilk çatan oyunçu Portuqaliya millisinin üzvü Kriştianu Ronaldudur.

Qeyd edək ki, Argentina millisinin kapitanı 2005-ci ildə debüt etdiyi millidə 196 matça çıxaraq 115 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər