Messi Ronaldunun rekordunu qırdı

Messi Ronaldunun rekordunu qırdı

Fransa I Liqasının VIII turunda "Lion"a (1:0) qarşı görüş PSJ-nin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, matçda fərqlənən 35 yaşlı hücumçu karyerasında penaltilər istisna olmaqla 672-ci qoluna imza atıb. 

Bununla da argentinalı forvard  671 dəfə rəqib qapılarına yol tapan "Mançester Yunayted"li Kriştianu Ronaldunu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqust ayından PSJ-də çıxış edir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər