Messi Ronaldonun rekordunu təkrarladı

Messi Ronaldonun rekordunu təkrarladı
"Barselona"nın kapitanı Lionel Messi "Real"ın keçmiş hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, La Liqanın XIII turunun "Selta" ilə matçında 3 qol vuran argentinalı ulduz İspaniya çempionatında 34-cü dəfə het-trik edib. 
İndiyə qədər het-trik sayında rekord Ronaldoya məxsus idi. 2018-ci ilə qədər "Real"ın heyətində çıxış edən portuqaliyalı Messi ilə müqayisədə daha az oyun keçirib. Belə ki, Ronaldo 292, Messi isə 459 oyunda 34 het-trikin müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər