Messi Ronaldonun iki rekordunu əlindən aldı

Messi Ronaldonun iki rekordunu əlindən aldı
"Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında iki rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz Hollandiyanın PSV klubunu 2:1 hesabı ilə məğlub etdikləri matçın 61-ci dəqiqəsində hesabı açmaqla turnirin qrup mərhələsində ən çox qol vuran oyunçu olub. 31 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsindəki 66-cı matçında 66-cı qolunu vurub. Messi bununla "Yuventus”un portuqaliyalı forvardı Kriştiano Ronaldonu geridə qoyub.
Argentinalı turnirdə bir klubun heyətində ən çox qol vuran futbolçu ünvanını da Ronaldodan alıb. Yarışda 106-cı qolunu vuran kapitan 105 qola malik portuqaliyalını geridə qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər