Argentina millisinin Amerika Kubokunda Paraqvay seçməsinə (1:0) qarşı keçirdiyi oyun Lionel Messi üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, bu görüş ulduz futbolçunun millidə keçirdiyi 147-ci matç olub.
Bununla da Messi Argentina millisinin sabiq yarımmüdafiəçisi Xavyer Maskeranonun rekordunu təkrarlayıb.
Bu münasibətlə veteran futbolçu tvitter hesabı üzərindən Messini təbrik edib, ona uğurlar diləyib.
Qeyd edək ki, A qrupunda yer alan Argentina yığması 7 xalla liderdir.
Aygün