"Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger (Arsène Wenger) bir zamanlar Lionel Messini heyətə qatmaq istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis bu barədə "Evening Standard" nəşrinə danışıb:
"Messi bizə qoşulmaqda maraqlı idi, lakin bu mümkün deyildi. O vaxt "Barselona"da eyni nəsildən olan Fabreqas, Messi və Pike var idi. Onların hamısını almağa çalışdıq. Messinin keçidi mümkün olmadı, "Barselona" onunla müqaviləsinin müddətini uzatdı. Fabreqas və Pike də klubdan ayrılmaq istəyirdi. Sonunda Pike "Mançester Yunayted"ə keçdi, Sesk isə bizə qoşuldu".
Xatırladaq ki, Messi 2003-cü ildən 2020-ci ilə dək "Barselona" klubunun şərəfini qoruyub.
Emin