"Məqsədimiz "Neftçi"ni Bakıda udmaqdır" - Georgi Kutsiya

"Məqsədimiz "Neftçi"ni Bakıda udmaqdır" - Georgi Kutsiya
"Biz "Neftçi"ni güclü komanda kimi tanıyırıq. Amma daha güclüləri də var".
Fanat.Az xəbər verir ki, bunu Gürcüstanın "Dinamo" (Tiflis) komandasının futbolçusu Georgi Kutsiya Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.
 
Ənənəvi mətbuat konfransına qatılan 22 yaşlı yarımmüdafiəçi matç barədə fikirlərini bölüşüb. Kutsiya əsas məqsədlərinin "Neftçi"ni keçmək və növbəti mərhələyə yüksəlmək olduğunu söyləyib: "Uduzacağımız halda, azarkeşlərimizin təzyiqindən qorxmuruqmu? Məqsədimiz Bakıda qələbə qazanıb növbəti mərhələyə adlamaqdır".
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər