Mbappe "Xetafe"yə qarşı oynaya bilməyəcək

Mbappe "Xetafe"yə qarşı oynaya bilməyəcək

"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqanın 33-cü turunda "Xetafe"yə qarşı keçirəcəkləri matçda oynamayacaq.

Fanat.Az-ın məlumatına görə, fransalı ulduzun adı topuğundakı zədə səbəbindən sözügedən qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında - "Arsenal"a 1:2 hesabı ilə uduzduqları dueldə xəsarət alan Kilian La Liqanın öncəki turunda "Atletik" ilə keçirilən oyunu da (1:0) kənardan izləmişdi. 

Qeyd edək ki, "Xetafe" - "Real" görüşü aprelin 23-də reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər