Mauro İkardi "Qalatasaray"a xəbərdarlıq məktubu göndərdi

Mauro İkardi "Qalatasaray"a xəbərdarlıq məktubu göndərdi

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi ilə klub rəhbərliyi arasında maliyyə məsələlərinə görə gərginlik yaranıb.

Fanat.Az xəbər verir ki, "Milliyyət" qəzetinin yaydığı məlumata görə, argentinalı futbolçu 4 milyon avroluq imic haqlarının ödənilməməsi səbəbindən kluba rəsmi xəbərdarlıq məktubu göndərib.

Təcrübəli forvard müqavilədə nəzərdə tutulan məbləğin qısa müddət ərzində hesabına köçürülməsini tələb edir.

Bu hadisə klub daxilində ciddi müzakirələrə səbəb olub və rəhbərliyin problemi həll etmək üçün hərəkətə keçdiyi bildirilir.

Məsələ ilə bağlı klubun rəsmi açıqlama verəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər