Mane Droqbanın rekorduna şərik çıxdı

Mane Droqbanın rekorduna şərik çıxdı

"Liverpul"un hücumçusu Sadio Mane "Çelsi"nin sabiq forvardı Didye Droqbanın UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, Mane bu nəticəyə "Vilyarreal"ı 2:0 hesabı ilə yendikləri yarımfinal mərhələsinin ilk oyununda imza atıb.

55-ci dəqiqədə ikinci qolu vuran 30 yaşlı seneqallı forvard qitənin ən nüfuzlu klub turnirindəki qollarının sayını 14-ə çatdırıb. Beləliklə, Mane ÇL-in pley-off matçlarında ən çox fərqlənən iki afrikalı oyunçudan biri olub.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu mayın 3-də olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər