"Mançester Yunayted" İPL tarixinin antirekorduna imza atdı

"Mançester Yunayted" İPL tarixinin antirekorduna imza atdı

İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "Çelsi"yə 3:4 hesabı ilə uduzan "Mançester Yunayted" antirekorda imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İPL tarixində 100-cü dəqiqəyə qədər hesabda irəli olduğu halda, yenilgi ilə üzləşən ilk klubdur.

MY-nin qapısına 90+10 və 90+11-ci dəqiqələrdə yol tapan Koul Palmer inanılmazı reallaşdıraraq "zadəganlar"a dramatik qələbə qazandırıb. Bu görüşdəki ilk qolunu 19-cu dəqiqədə vuran Koul həm də "Stemford Bric"dəki dueldə het-triklə yadda qalıb.

Qeyd edək ki, 30 oyuna 48 xal toplayan Mançester təmsilçisi İPL-in turnir cədvəlində 6-cı, 29 görüşə 43 xal yığan "Çelsi" isə 10-cu pillədə mövqe tutub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər