“Mançester Yunayted” 109 illik rekordu təkrarladı

“Mançester Yunayted” 109 illik rekordu təkrarladı
"Mançester Yunyated” İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində "Vest Hem”lə qarşılaşıb. 
Fanat.Az xəbər verir ki,  1:0 hesabı ilə qalib gəldikləri görüş "qırmızı şeytanlar" üçün əlamətdar olub. 
Belə ki, komanda kubokda arıdıcıl 9-cu ev qələbəsini qazanaraq rekorda imza atıb. Bu, İngiltərə Federasiya kuboku turnirində ən uzun qələbə seriyasıdır. 
Bununla da "Mançester Yunayted” 109 illik rekordunu yeniləyib. Əvvəlki ən yaxşı göstərici 1908-1912-ci illərdə qeydə alınıb.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb, "Vest Hem" yarışda iştirakını dayandırıb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər