İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem” ilə görüş "Mançester Siti” üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn "şəhərlilər” bu qələbə ilə öz rekordunu yeniləyib.
Belə ki, komanda ardıcıl 6 oyundur ki, ev matçında qol buraxmadan qalib gəlir. "Mançester Siti”1992-ci ildən bəri ilk dəfədir belə uğur əldə edir.
Xatırladaq ki, "Mançester Siti” 1946-cı ilin dekabrından 1947-ci ilin martına qədər keçirdiyi 7 ardıcıl ev oyununda qol buraxmadan qələbə qazanıb.
Fanat.Az