Mamardaşvili bu rekordu qıra bilmədi

Mamardaşvili bu rekordu qıra bilmədi

Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili 2024-cü il Avropa çempionatında 30 seyv edib.

Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, təcrübəli qolkiper italiyalı Françesko Toldonun AÇ-2000-dəki nailiyyətini təkrarlayıb.

Beləliklə, bir qitə çempionatında qeydə alınan seyvlər üzrə rekordçu (statistika 1980-ci ildən toplanır) AÇ-2008-də 32 seyv edən İqor Akinfeyev olaraq qalıb.

Qeyd edək ki, İspaniyaya 1:4 hesabı ilə uduzan gürcülər 1/8 finalda mübarizədən kənarlaşdırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər