London "Arsenal"ı millimizin sabiq hücumçusunun oğluna elçi düşdü

London "Arsenal"ı millimizin sabiq hücumçusunun oğluna elçi düşdü

Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az "AreaNapoli" istinadən xəbər verir ki, bugünlərdə Kazan "Rubin"ini Gürcüstan təmsilçisinə dəyişən istedadlı gənclə London "Arsenal"ı maraqlanır. 

21 yaşlı gürcünü heyətinə qatmağa əsas namizəd İtaliyanın "Napoli" klubu olsa da, "topçular"ın Xviça uğrunda mübarizədən geri çəkilməyəcəyi bildirilib. "Arsenal"ın Gürcüstan millisinin üzvünə görə 15 milyon avro xərcləməyə hazır olduğu vurğulanıb.

Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər