London "Arsenal"ı kanadalı hücumçu alır

London "Arsenal"ı kanadalı hücumçu alır

Fransanın "Lill" klubunun hücumçusu Conatan Devid karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə "Milan"ın da maraq dairəsində olan 22 yaşlı Devidin London "Arsenal"ının əsas transfer hədəflərindən birinə çevrildiyini vurğulayıb.

ABŞ əsilli kanadalı forvard 2020-ci ildən "Lill"in uğurları üçün çalışır. Onun Fransa təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. "Transfermarkt" portalı Devidin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər