İngiltərənin "Liverpul" klubu "Standard Chartered" bankı ilə yeni sponsor müqaviləsi imzalamağı planlaşdırır.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hazırda əməkdaşlıq edən tərəflər yeni anlaşma zamanı məbləğin iki dəfə artırılmasını müzakirə edir.
İldə "qırmızılar"a 47 milyon avro ödəyən bank maliyyəni 95 milyona qədər artırmağa razılaşsa, bu, futbol tarixinin rekord sponsor sazişi kimi tarixə düşəcək.
Mənbə uğurlu çıxışı sayəsində marketinq sahəsində də gəlirlərini artıran "Liverpul"un paralel olaraq digər şirkətlərlə də danışıq apardığını vurğulayıb.
Qeyd edək ki, mersisaydlılarla "Standard Chartered"in indiki müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq.
Nihat