Levandovski Messinin rekordunu qırdı

Levandovski Messinin rekordunu qırdı

"Barselona"nın hücumçusu Robert Levandovski unikal nailiyyətə imza atıb. 

Fanat.Az xəbər verir ki, polşalı futbolçu buna Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Napoli” ilə səfər matçında (1:1) fərqlənərək nail olub. 

"Opta"-nın məlumatına görə, Levandovski ən nüfuzlu qitə turnirinin pley-off mərhələsində “Barselona”nın heyətində qol vuran ən yaşlı (35 yaş 184 gün)  futbolçu olub. 

Kataloniyalıların buna qədərki rekordçu 2021-ci ilin martında PSJ-yə qarşı matçda, 33 yaş 259 gün olarkən qol vuran Lionel Messi idi. 

Robert Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Lionel Messi isə hazırda MLS-də "İnter Mayami" klubunda çıxış edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər