Levandovski Klaudio Pisarronun rekordunu yenilədi

Levandovski Klaudio Pisarronun rekordunu yenilədi
"Bavariya"nın Almaniya Bundesliqasının 32-ci turunda "Borussiya" ilə oyunu Robert Levandovski üçün əlamətdar olub. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, polşalı hücumçunun Bundesliqada 249-cu qələbəsidir. 
Bununla da o, Almaniya yüksək liqasında ən çox qələbə qazanan əcnəbi futbolçu olaraq rekorda imza atıb. Levandovski 248 qələbə görən Klaudio Pisarronu geridə qoyub. 
Qeyd edək ki, 32 turdan sonra 74 xal toplayan "Bavariya" ardıcıl 9-cu dəfə çempionluğu bayram edib.
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər