"Qalatasaray"ın vingeri Leroy Zane millilərin oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yollandığı Münhendə qatıldığı Oktoberfest festivalında dalaşıb.
Fanat.Az-ın yerli mətbuata istinadən məlumatına görə, cinah hücumçusu "Qalatasaray"ın və özünün ünvanına aşağılayıcı ifadələr işlədən "Bayern Münhen" tərəfdarı ilə əlbəyaxa olub.
"Bild" 29 yaşlı oyunçunun söylədiklərini belə çatdırıb:
"Məni festival zamanı uzun müddət təxribata çəkdilər və alçaltdılar. "Qalatasaray"ı da təhqir etdilər. Gərgin durumda məni itələdilər və qısamüddətli dava-dalaş oldu. Əlbəttə, daha təmkinli olmalı və təxribata uymamalıydım. Bundan dərs çıxartdım".
Sane "Qalatasaray"a bu yay transfer olunub. Türkiyə nəhəngi qarşı tərəfə 32 milyon avro ödəyib. Cari mövsüm "sarı-qırmızılar"ın forması ilə bütün turnirlərdə 9 matça çıxan Sane 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat