“Şamaxı” və "İmişli" komandaları arasında keçirilməli olan yoxlama oyunu ləğv edilib.
Fanat.Az xəbər verir ki, “İmişli”nin qarşılaşmaya gəlməkdən imtina etməsi səbəbindən matç keçirilməyəcək.
Bu barədə məlumatı Şamaxı təmsilçisinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, görüş avqustun 9-da baş tutmalı idi.