“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo Kiyev" komandası ilə qarşılaşacaq “Qarabağ”ın cavab oyununa bilet satışı başlayıb.

Fanat.Az-ın məlumatına görə, gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletləri bu dəqiqələrdə - saat 12:00-dan etibarən satışa çıxarılıb.

Adi biletlərin qiyməti 5, 10, 15 və 20 manatdır. VIP sektorlar üçün biletlər 50, 75 və 100, VVIP sektor üçün isə 150 manat təşkil edir.

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

Biletləri yalnız "iTicket.az"-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək olarr. Stadiona giriş etibarlı QR kodlu biletlə mümkün olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo Kiyev" oyunu 13 avqustda keçiriləcək və saat 20:00-da başlayacaq. Tərəflər arasında ilk duel isə bu gün Polşada baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər