“Qarabağ” “Borussiya”nın yetirməsini heyətinə qatdı

“Qarabağ” “Borussiya”nın yetirməsini heyətinə qatdı

Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə “2+1” illik müqavilə imzalanıb.

O, 10 nömrəli formanı geyinəcək. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir.

2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birminqem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə keçən futbolçu “Havr”da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər