“Qalatasaray” Tiaqo Almada üçün rəsmi təklif göndərdi

“Qalatasaray” Tiaqo Almada üçün rəsmi təklif göndərdi

“Qalatasaray” qış transfer dönəmində heyətini gücləndirmək üçün fəal iş aparır.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Atletiko Madrid”in formasını geyinən argentinalı yarımmüdafiəçi Tiaqo Almadanı icarəyə götürmək üçün İspaniya klubuna rəsmi təklif ünvanlayıb.

Tanınmış jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, “sarı-qırmızılar” futbolçunu mövsümün sonuna qədər heyətinə qatmaq istəyir. Almadanın da daha çox oyun praktikası əldə etmək üçün bu transferə müsbət yanaşdığı qeyd olunur. “Atletiko Madrid” rəhbərliyi isə təklifi dəyərləndirmə mərhələsindədir.

Danışıqlarda əsas müzakirə mövzusu oyunçunun maaşının hansı klub tərəfindən ödəniləcəyi ilə bağlıdır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə transfer qısa müddətdə rəsmiləşə bilər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər