“Barselona” Yulian Ryersonu gündəmdə saxlayır

“Barselona” Yulian Ryersonu gündəmdə saxlayır

“Barselona” Yulian Ryersonun transferi ilə maraqlanmağa davam edir.

Fanat.Az xəbər verir ki, “365Scores” portalının məlumatına görə, katalonlar əsas prioriteti mərkəz müdafiəçisi transferinə versə də, Ryerson variantını da nəzərdən keçirir.

Mümkün ssenarilərdən biri Jül Kundenin mərkəz müdafiəyə çəkilməsidir. Qeyd olunur ki, Ryerson çoxmövqeli oyunçu olması ilə “Barselona”nın diqqətini çəkir.

Futbolçu daha əvvəl “Sevilya”da da mərkəz müdafiəçi mövqeyində çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər