ÇL: "Qarabağ"ın pley-offdakı potensial rəqibi bu gün müəyyənləşəcək

ÇL: "Qarabağ"ın pley-offdakı potensial rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) “Srvena Zvezda” (Serbiya) "Malmö" (İsveç) - PAOK (Yunanıstan) "Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) “Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) “Qalatasaray” (Türkiyə) "Slovan" (Slovakiya) - APOEL (Kipr) "Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç) "Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)

Liqa yolu

Səpələnmişlər

"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya) “Slaviya” (Çexiya) - “Yunion” (Belçika)

Səpələnməmişlər

“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə) “Zaltsburq” (Avstriya) - “Tvente” (Niderland)

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər