ÇL: "Qarabağ" asan qələbə ilə növbəti mərhələdə!

ÇL: "Qarabağ" asan qələbə ilə növbəti mərhələdə!

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürüb. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu qitə turnirində təmsil edən “Qarabağ” da bu gün növbəti görüşünə çıxıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda Cəbəllütariq “Linkoln”unu sınağa çəkib.

Səfərdə keçirilən ilk görüşdə 2 cavabsız qolla qalib gələn "köhlən atlar" evdə daha amansız olub - 5:0.  Təmsilçimizin heyətində Juninyo het-trik müəllifi olub.

Beləliklə, mərhələni adlayan “Qarabağ” III təsnifatda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş sabah keçiriləcək. 

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunu 30 iyul

Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0 

Qollar: Juninyo, 17, 31, 44. Benzia, 66. Leandro, 72.

"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yanukoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov

"Linkoln": 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto

Ehtiyat oyunçular: 13. Villanueva, 27. Hankins, 9. Qomes, 10. De Barr, 19. Klinton, 30. Cid,, 33. Burnet, 70. Villakanas, 23. Joe, 18. Qarsiya, 7. Kasyaro.

Baş məşqçi: Xavyer Munyos

Hakimlər: Yakob Sandberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (Danimarka).  Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.  İlk oyun – 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər