ÇL: "Qalatasaray"ın "Yanq Boyz" sınağı

ÇL: "Qalatasaray"ın "Yanq Boyz" sınağı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçiriləcək.

Yarışa bu mərhələdən qoşulacaq Türkiyə çempionu “Qalatasaray” səfərdə İsveçrə “Yanq Boyz”u ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bundan başqa, “Dinamo Kiyev" “Zalsburq”u, “Midtüllann” “Slovan”ı, "Malmö” isə “Sparta”nı sınağa çəkəcək.

Qeyd edək ki, pley-offun cavab matçları 27-28 avqust tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 21 avqust

23:00. “Dinamo” (Kiyev, Ukrayna) –  “Zalsburq” (Avstriya) 23:00. “Midtüllann” (Danimarka) – “Slovan” (Slovakiya) 23:00.”Malmö” (İsveç) – “Sparta” (Çexiya) 23:00. “Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər