ÇL: "Qalatasaray" "Liverpul"u "yıxdı", "Atletiko" və "Bayern"dən darmadağın

ÇL: "Qalatasaray" "Liverpul"u "yıxdı", "Atletiko" və "Bayern"dən darmadağın

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayıb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Günə Türkiyə çempionu "Qalatasaray"ın oyunu ilə start verilib. "Aslanlar" doğma meydanda İngiltərə nəhəngi "Liverpul" üzərində minimal hesablı qələbə qazanıblar.

Gecəyarısı baş tutan digər oyunlara gəlincə, "Barselona" İngiltərədə "Nyukasl"la sülhə razılaşıb, "Bayern Münhen" İtaliyada "Atalanta"nı, "Atletiko Madrid" isə "Tottenhem"i darmadağın edib.

Qeyd edək ki, 1/4-in qalan dörd matçı martın 11-də keçiriləcək.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsi 10 mart

Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0 Qol: Lemina, 7.

Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) 5:2 Qollar: Lyorente, 6. Qrizmann, 14. X.Alvares, 15; 55. Le Normand, 22 – Porro, 26. Solanke, 76.

Nyukasl (İngiltərə) – Barselona (İspaniya) 1:1 Qollar: Barns, 87 – Yamal, 90+6-pen.

Atalanta (İtaliya) – Bayern (Almaniya) 1:6 Qollar: Paşaliç, 90+3 – Stanişiç, 12. Olise, 22; 64. Qnabri, 25. N.Cekson, 52. Musiala, 67.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər