ÇL: "Qalatasaray" məğlub olsa da, növbəti mərhələyə yüksəldi

ÇL: "Qalatasaray" məğlub olsa da, növbəti mərhələyə yüksəldi

Çempionlar Liqasının əsas mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, son turun bütün oyunları eyni gündə baş tutub.

“Qarabağ”ın “Liverpul”a yenildiyi gündə Türkiyə çempionu “Qalatasaray” da səfərdə “Mançester Siti”yə uduzub. Madrid “Real”ı isə “Benfika”ya məğlub olub.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 8-ci tur 28 yanvar

PSJ (Fransa) – Nyukasl (İngiltərə) 1:1 Mançester Siti (İngiltərə) – Qalatasaray (Türkiyə) 2:0 Liverpul (İngiltərə) – Qarabağ (Azərbaycan) 6:0 Borussiya (Dortmund, Almaniya) – İnter (İtaliya) 0:2 Barselona (İspaniya) – Kopenhagen (Danimarka) 4:1 Arsenal (İngiltərə) – Kayrat (Qazaxıstan) 3:2 Bayer Leverkuzen (Almaniya) – Vilyarreal (İspaniya) 3:0 Atletiko Madrid (İspaniya) – Budyo Qlimt (Norveç) 1:2 Benfika (Portuqaliya) – Real Madrid (İspaniya) 4:2 Ayntraxt (Almaniya) – Tottenhem (İngiltərə) 0:2 Brügge (Belçika) – Olimpik Marsel (Fransa) 3:0 PSV (Niderland) – Bayern Münhen (Almaniya) 1:2 Ayaks (Niderland) – Olimpiakos (Yunanıstan) 1:2 Napoli (İtaliya) – Çelsi (İngiltərə) 2:3 Monako (Fransa) – Yuventus (İtaliya) 0:0 Yunion (Belçika) – Atalanta (İtaliya) 1:0 Atletik (İspaniya) – Sportinq (Portuqaliya) 2:3 Pafos (Kipr) – Slaviya (Praqa, Çexiya) 4:1

Bu nəticələrdən sonra maksimum nəticə göstərmiş “Arsenal” (24 xal), eləcə də “Bayern Münhen” (21), “Liverpul” (18), “Tottenhem” (17), “Barselona” (16), “Çelsi” (16), “Sportinq” (16) və “Mançester Siti” (16) ÇL-in 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

“Real” (15), “İnter” (15), PSJ (14), “Nyukasl” (14), “Yuventus” (13), “Atletiko” (13), “Atalanta” (13), “Bayer Leverkuzen” (12), “Borussiya” (11), “Olimpiakos” (11), “Brügge” (10), “Qalatasaray” (10), “Monako” (10), “Qarabağ” (10), “Budyo Qlimt” (9) və “Benfika” (9) da 1/8 finala vəsiqə uğrunda pley-off görüşləri keçirəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər