ÇL: "Araz-Naxçıvan" qrup liderliyi uğrunda həlledici matça çıxır

ÇL: "Araz-Naxçıvan" qrup liderliyi uğrunda həlledici matça çıxır

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün son sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz qrupda həlledici matçını Niderland çempionu "Tigers Roermond"a qarşı keçirəcək. 

Sözügedən komanda ilk iki oyunda maksimum xal toplayaraq qrup lideridir. "Araz-Naxçıvan" isə 4 xalla 2-ci pillədə qərarlaşıb. Başqa sözlə, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda 1/8 final mərhələsinə qrup lideri kimi adlamaq üçün qalib gəlməlidir.

Qeyd edək ki, bu qrupun oyunları Rumıniyada keçirilir.

UEFA Çempionlar Liqası 7-ci qrup 1 noyabr

18:00. "Tigers Roermond" (Niderland) – "Araz-Naxçıvan" Hakimlər: Viktor Şix (Fransa), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kaprasovasa (Litva). Hakim-inspektor: Neboyşa Paniç (Serbiya). UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro). Qalati. "Sala Sporturilor Dunarea".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər