ÇL: “Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi dəqiqləşdi

ÇL: “Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi dəqiqləşdi

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə keçirilən “Flora” (Estoniya) - “Rakuv” (Polşa) görüşündən sonra "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Tallində keçirilən qarşılaşmada "Rakov" 3 cavabsız qolla qalib gələrək 2-ci təsnifat mərhələsinə yüksəlib. Bu komanda ilk oyunda da 1:0 hesabıyla qalib gəlmişdi.

Beləliklə, Polşa təmsilçisi "Qarabağ" - "Linkoln" cütünün güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, Cəbəllütariqdə "Linkoln"a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” sabah Bakıda bu rəqibi ilə cavab matçına çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər