Koxalski "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov danışdı

Koxalski "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov danışdı

Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçında "Qarabağ" "Araz-Naxçıvan" üzərində çətin qələbəyə sevinib (3:2)

Matçdan sonra keçirilən mətbuat konfransında ağdamlıların çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm, gərgin oyun oldu. Qarşımızda matça yaxşı hazırlaşan kollektiv var idi. Azarkeşlər üçün maraqlı oyun alındı."

– 2 qol buraxmaq sizdə narahatlıq yaradırmı?

"Standart vəziyyətlərdən buraxdıq qolları. Standart vəziyyətlər bizim üçün təhlükəlidir. Onlar standart vəziyyətlərdən fərqlənməyi daha yaxşı bacarırlar."

– Koxalskinin ayrılığı artıq rəsmiləşmək üzrədir, bu barədə nə deyə bilərsiniz?

"Hazırda rəsmi heç nə yoxdur. Danışıqlar gedirdi. Son günlərdə də bu söhbətlər gedirdi. Proseslə bağlı məlumat veriləcək"

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər