Konfrans Liqası: “Qarabağ” HİK-i keçə bilməsə... - Rəqibi bilindi

Konfrans Liqası: “Qarabağ” HİK-i keçə bilməsə... - Rəqibi bilindi

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”ın yer aldığı cütlüyün məğlubu ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər