Kolumbiyalı vinger "Qalatasaray"da

Kolumbiyalı vinger "Qalatasaray"da

"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi "Jirona"nın vingeri Yaser Asprillanı mövsümün sonunadək icarəyə götürüb.

Kolumbiyalı futbolçu artıq İstanbuldadır. Bu gün onunla müqavilə imzalanacağı gözlənilir. 

"Jirona" Yaseri 2024-cü ilin yayında, 25 milyon avro qarşılığında "Uotford"dan transfer edib. Bu isə klub tarixinin transfer rekordudur. Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər olan Asprilla bu mövsüm 17 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər