Klopp tənqidçilərinə cavab verdi: "Mənim üçün əla variantdır"

Klopp tənqidçilərinə cavab verdi: "Mənim üçün əla variantdır"

"Red Bull" şirkətinin futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsinə təyin edilən Yürgen Klopp yeni işi ilə bağlı onu tənqid atəşinə tutan azarkeşlərə cavab verib.

Fanat.Az-ın məlumatına görə, alman mütəxəssis "Real Madrid"in sabiq futbolçusu Toni Kroosun podkastında belə danışıb:

"Kiminsə ayağını tapdalamaq istəməmişəm. Bütün keçmiş klublarımı sevirəm. Hamını xoşbəxt etmək üçün hansı addımı atmalı olduğumu dəqiq bilmirəm. Düzünü deyim, mənim üçün "Red Bull"a keçmək əla variantdır".

Xatırladaq ki, Klopp ötən mövsümün sonunda "Liverpul"un baş məşqçi postundan ayrılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər