KL: "Qarabağ" "Tvente" ilə qarşılaşır

KL: "Qarabağ" "Tvente" ilə qarşılaşır

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

Ağdam klubu “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi ilə ilk görüş Enshededə baştutacaq. Albaniyalı hakimlərin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Tərəflər arasında cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Konfrans Liqası Pley-off mərhələsi, ilk oyun 20 avqust

22:00. Tvente (Niderland) – Qarabağ Hakimlər: Yucin Caya, Rejdi Avdo, Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya). Enshede. “Tvente” stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər