KL: "Qarabağ" "Tvente" ilə həlledici qarşılaşmaya çıxır

KL: "Qarabağ" "Tvente" ilə həlledici qarşılaşmaya çıxır

UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” da bu gün həlledici sınağına çıxacaq. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda raundun cavab görüşündə Bakıda “Tvente”ni qonaq edəcək. 

Tərəflər arasında Niderlandda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbəyə sevinib. "Köhlənlər" Liqa mərhələsinə adlamaq üçün doğma meydanda bu üstünlüyünü qorumağa çalışacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Matçı Rohit Saqqinin başçılıq etdiyi norveçli hakimlər idarə edəcəklər.

UEFA Konfrans Liqası Pley-off mərhələsi, cavab oyunu 27 avqust

20:00. Qarabağ – Tvente (Niderland) Hakimlər: Rohit Saqqi, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta  (hamısı Norveç). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

(İlk oyun - 1:0)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər