KL: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı

KL: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, “Qarabağ” da bu gün sözügedən turnirdə matça çıxacaq.

Avropa Liqası ilə vidalaşaraq mübarizəni Konfrans Liqasında davam etdirəcək  Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.

Ukrayna təmsilçisi ilə ilk görüş Polşada baş tutacaq. “Motor Lyublin Arena”da keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

Tərəflər gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun 6 avqust

21:00. Dinamo (Kiyev) – Qarabağ Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skitte, Yakob Kelet (hamısı Danimarka). Polşa. “Motor Lyublin Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər