KL: "Qarabağ" adını pley-offa yazdırdı

KL: "Qarabağ" adını pley-offa yazdırdı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da bu gün mərhələnin cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna nəhəngi "Dinamo Kiyev"i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada inamlı qələbə  qazanan "köhlən atlar" növbəti mərhələyə yüksəlib.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu 13 avqust

Qarabağ - Dinamo Kiyev (Ukrayna) 2:0 

Qol: Jali Muaddib, 12. Aleksey Kaşuk, 69. Hakimlər: Styüart Ettvell, İan Husseyn, Nik Qrinhalq, Lyuis

Smit (hamısı İngiltərə). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. (ilk oyun - 0:1).

“Qarabağ” (əsas heyət): Martin Zlomisliç, Mateus Silva, Bende Verkonyi, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borges, Jali Muaddib, Kaşuk, Zubir

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski, Bruno Lanqa, Joni Montiel, Bəhlul Mustafazadə, Musa Qurbanlı, Renaldo Sefas, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Samuel Lobato

"Dinamo": Surkis, Dubinçak (k), Mıxavko, Bilovar, Sych, Rubçinski, Brajko, Reduşko, Lonveyk, Gerrero, Ponomarenko

Ehtiyat heyət:  Olxovıy, Şaparenko, Liusin, Oqundana, Tımçik, Kabayev, Malış, Buyalski, Tiare, Mixaylenko, Mounqenqe

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər