KL: Pley-offun iki iştirakçısı müəyyənləşir, "Qarabağ" gözləyir

KL: Pley-offun iki iştirakçısı müəyyənləşir, "Qarabağ" gözləyir

Bu gün ÇL və AL-də olduğu kimi, UEFA Konfrans Liqasında da 3-cü təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

Fanat.Az xəbər verir ki, mərhələnin ilk iki qalibinin adı bu gün bəlli olacaq. 

"Apollon" Norveç təmsilçisi "Brann"ı qəbul edəcək. Tərəflər arasındakı ilk görüşdə kiprlilər minimal hesabla qalib gəliblər. 

Günün digər qarşılaşması Bolqarıstanda baş tutacaq. Ötən həftə qollu heç-heçəyə razılaşan "ÇSKA 1948" ilə "Panatinaikos" aralarında güclünü müəyyən edəcəklər.

3-cü təsnifat mərhələsinin qalan cavab oyunları 12-13 avqustda keçiriləcək.

Qeyd edək ki, KL-də mübarizə aparan "Qarabağ" cümə axşamı meydana çıxacaq. Ağdam təmsilçisi ötən həftə 0:1 hesabı ilə məğlub olduğu "Dinamo Kiyev"lə Bakıda münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunuları 11 avqust

21:00. Apollon (Kipr) - Brann (Norveç) (ilk oyun - 1:0) 21:30. ÇSKA 1948 (Bolqarıstan) - Panatinaikos (Yunanıstan) (ilk oyun - 1:1)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər