Keyn "Bayern Münhen" ilə yeni müqaviləyə hazırlaşır

Keyn "Bayern Münhen" ilə yeni müqaviləyə hazırlaşır

İngiltərə millisinin hücumçusu Harri Keyn "Bayern Münhen" ilə yeni müqavilə barədə danışıqlara başlayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.

33 yaşlı futbolçu yaxın vaxtlarda rəhbərliklə görüşəcək.

Təcrübəli forvard danışıqların yaxın günlər ərzində başlayacağını və hər iki tərəfin prosesə tam sakit yanaşdığını bildirib.

Qeyd edək ki, 2027-ci ilin iyununa qədər müqavilə müddəti olan futbolçunun onu 2029 və ya 2030-cu ilə kimi uzadacağı gözlənilir.

İngiltərəli forvard ötən mövsüm Almaniya klubunun heyətində 51 matça çıxaraq, 61 qol vurub və 7 məhsuldar ötürməyə imza atıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər