Keyn Levandovskinin rekordunu təkrarladı

Keyn Levandovskinin rekordunu təkrarladı

"Bayern Münhen"in forvardı Harri Keyn Robert Levandovskinin rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, ingilis forvard bunu Bundesliqanın XVII turu çərçivəsində keçirilən matçda - "Hoffenhaym"u 3:0 hesabı ilə yendikləri görüşdə bacarıb.

Komandasının üçüncü qolunu vuran 30 yaşlı Harri cari mövsüm çempionatda 22-ci dəfə adını tabloya yazdırıb və Bundesliqanın ilk yarısında vurulan qolların sayına görə polşalı həmkarına çatıb.

Qetd edək ki, Keyn Münhen təmsilçisinə bu yay "Tottenhem"dən transfer olunub. Hazırda "Barselona"nın uğurları üçün çalışan Levandovski isə 2014-2022-ci illərdə "Bayern"in şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər