Keyn Alan Şirerin rekordunu yenilədi

Keyn Alan Şirerin rekordunu yenilədi

"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının (İPL) 19-cu turunda - "Kristal Pelas"la matçda (4:0) iki qol vurub.

Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard  ölkə çempionatında çıxdığı 300-cü oyunda 198 qol həddinə çataraq Alan Şirerin rekordunu yeniləyib.

Şirer 300 İPL qarşılaşmasında 196 qol vurmağa imkan tapmışdı.

Keyn həmçinin "Tottenhem" forması ilə bütün turnirlərdə 264-cü dəfə rəqib qapısına yol tapıb. İndi o, hotspurluların əfsanəvi hücumçusu Cimmi Qrivzi geridə qoymaq üçün daha 3 qol vurmalıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər