"Kəpəz" "Neftçi" ilə Gəncədə oynaya biləcək? - AÇIQLAMA

"Kəpəz" "Neftçi" ilə Gəncədə oynaya biləcək? - AÇIQLAMA

Gəncə şəhər stadionunda Premyer Liqa oyunlarının keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyindən müvafiq icazə alan "Kəpəz" hələ Peşəkar Futbol Liqasına (PFL) müraciət etməyib.

Bu barədə çempionatı təşkil edən qurumun texniki idman direktoru Elgiz Abbasov Fanat.Az-a məlumat verib: "Hələ bizə məktub gəlməyib. Uyğun müraciəti aldıqdan sonra tərəfimizdən müvafiq qərar verilə bilər". 

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev isə PFL-ə gün ərzində müraciət olunacağını bildirib: "Məktub hazırlanır və gün ərzində quruma çatdırılacağı gözlənilir. Qarşıdakı 2 turda səfərdə oynayacağıq. Növbəti ev oyunumuz isə gələn ayın ortasında "Neftçi"yə qarşı olacaq. Ümid edirik ki, o vaxta qədər məsələ müsbət həll olunar. PFL-in ev oyunlarımızı Gəncədə, azarkeşlərin iştirakı ilə keçirilməsinə icazə verəcəyinə inanırıq. Çünki bu qurum həmişə klubların mənafeyini nəzərə alır, belə məsələlərə həssas yanaşır".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər