Kempbell "Arsenal"a səsləndi: "Abrahamı alın!"

Kempbell "Arsenal"a səsləndi: "Abrahamı alın!"

“Arsenal”ın keçmiş hücumçusu Kevin Kempbell “topçular”ı “Roma”nın ulduzu Temmi Abrahamı almağa çağırıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" Kempbellin dediklərini belə çatdırıb:

“Abraham "Arsenal"ın azarkeşidir. O, A Seriyasında çox yaxşı çıxış edib. Dinamikdir və qol vurmağı bacarır. Mən onun gəlməsini istərdim".

Qeyd edək ki, 52 yaşlı veteran futbolçu 1988-1995-ci illərdə "Arsenal"da çıxış edib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər