Katalin Tira "Neftçi"dən qovuldu - RƏSMİ

Katalin Tira "Neftçi"dən qovuldu - RƏSMİ

“Neftçi” rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib. Fanat.Az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.

Qeyd edək ki, oktyabrın 25-də "Qarabağ"la oyun zamanı "Neftçi" klubunun azarkeşlərindən biri meydana daxil olub. O, Katalin Tiraya narazılığını bildirib. Bundan sonra Katalin azakeşə hücum edərək ona zərbə vurub. Futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalandırılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər