Kamran "Arsenal"ın qələbəsində pay sahibi oldumu?

Kamran "Arsenal"ın qələbəsində pay sahibi oldumu?

Futbol üzrə Rusiya Birinci Liqasında 17-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Tulalılar səfərdə “Kamaz”ı 1:0 hesabı ilə yenib.

Əsas heyətdəki yerini itirən Kamran bu dəfə də qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.    17 tura 28 xal yığan “Arsenal” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər